Netanyahu: “HƏMAS məğlub olana qədər hərbi əməliyyat davam edəcək”

      Netanyahu:    “HƏMAS məğlub olana qədər hərbi əməliyyat davam edəcək”
  18 Yanvar 2024    Oxunub:1069
İsrail Fələstinin radikal HƏMAS hərəkatı tamamilə məğlub olana qədər Qəzza zolağında hərbi əməliyyatı davam etdirmək niyyətindədir.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib. “Müharibə bütün cəbhələrdə davam edir, biz bütün məqsədlərimizə çatana qədər bütün cəbhələrdə davam edəcək. Bu mənim əmrimdir, İsrail hökumətinin hərbçilərə, orduya və bütün təhlükəsizlik strukturlarına əmridir və onlar bu əmri yerinə yetirəcəklər.

Buna nail olmaq üçün biz orduya və təhlükəsizlik qüvvələrinə tam qələbə qazanmağa imkan verəcək nəhəng hərbi büdcəni təsdiqləmişik. Mən bunu sadə və səmimi deyirəm: qələbə uzun illər və aylar çəkəcək, lakin biz bu qələbəyə nail olmaq əzmindəyik”, - o, mətbuat konfransında deyib.

Eyni zamanda Netanyahu İsrail televiziya kanallarında HƏMAS üzərində tam qələbənin mümkünlüyünə şübhə edən skeptiklərin bəyanatlarını tənqid edib: “Mən bununla razı deyiləm, rəhbərlik etdiyim İsrail güzəştə getməyəcək. Biz yalnız HƏMAS üzərində tam qələbə ilə kifayətlənəcəyik və qalib gəlirik”.

AzVision.az


Teqlər:





Xəbər lenti