ABŞ səfiri İrəvanla hərbi əməkdaşlığı müzakirə edib

ABŞ səfiri İrəvanla hərbi əməkdaşlığı müzakirə edib
  19 Yanvar 2024    Oxunub:894
Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ səfiri Kristina Kuin ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, tərəflər qarşılıqlı əlaqələri müzakirə ediblər. Əsas müzükirə mövzusu müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Amerika əməkdaşlığı olub.

Görüş yanvarın 18-də ABŞ səfirinin dəvəti ilə baş tutub.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Səfir  





Xəbər lenti