Qazaxıstan Qolan təpələrinə sülhməramlıların göndərilməsini təsdiqləyib

Qazaxıstan Qolan təpələrinə sülhməramlıların göndərilməsini təsdiqləyib
  19 Yanvar 2024    Oxunub:791
Qazaxıstan parlamenti prezident Kasım-Jomart Tokayevin hərbçilərin BMT-nin sülhməramlı missiyasına qoşulması təklifini dəstəkləyib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bundan əvvəl Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov bəyan etmişdi ki, mart ayından etibarən 139 nəfərlik hərbi qulluqçu Qolan təpələrində BMT qüvvələrinin missiyasında iştirak edəcək.

Qeyd edilib ki, ümumilikdə 430 nəfərdən ibarət Qazaxıstan ordusunun şəxsi heyəti BMT-nin Yaxın Şərq, Cənubi Sudan Respublikası və Abyeidəki sülhməramlı missiyalarına göndəriləcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti