Şimali Koreya "sualtı nüvə sınağı" həyata keçirib

   Şimali Koreya "sualtı nüvə sınağı" həyata keçirib
  19 Yanvar 2024    Oxunub:1202
Regionda ABŞ-nin rəhbərliyi ilə keçirilən hərbi dəniz təlimlərinə cavab olaraq, Şimali Koreya "sualtı nüvə silahı"nı sınaqdan keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən məlumat yayıb.

"ABŞ, Cənubi Koreya və Yaponiyanın birgə hərbi dəniz təlimləri Şimali Koreya üçün "ciddi təhlükəsizlik" xəbərdarlığıdır. Şimali Koreya, cavab olaraq, Şərqi Çin dənizində "Haeil-5-23" sualtı nüvə silahı sisteminin sınağını həyat keçirib. Sınaq ABŞ və müttəfiqlərinin sualtı nüvə hücumlarına qarşı ordumuzun müdafiə gücünü daha da inkişaf etdirmək məqsədi daşıyır", - məlumatda deyilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Koreya   nüvə   sınaq   dəniz  





Xəbər lenti