"Ermənilər Azərbaycanla sərhəddə xidmətdən qorxurlar" - Hoxikyan

      "Ermənilər Azərbaycanla sərhəddə xidmətdən qorxurlar"    - Hoxikyan
  19 Yanvar 2024    Oxunub:1360
Radikal yazıları, revanşist çağırışları ilə tanınan erməni jurnalist Nairi Hoxikyan növbəti dəfə diqqət çəkən fikirlər səsləndirib.
O, "Mamul" saytında dərc oluna məqalədə yazıb ki, erməni valideynlər övladlarını sərhəddə xidmətə göndərərkən indidən dərdə düşürlər.

Erməni jurnalist xalqını ikiüzlülükdə ittiham etdi
“Vaxt var idi ki, vətəndaşlarımız övladlarının Qarabağda xidmət etdiyini öyrənəndə panikaya düşürdülər. Bir çox insan hətta uca səslə deyirdi ki, qoy "Artsax xalqı" (Ermənilərin Qarabağa verdikləri qondarma ad-red.) Qarabağda xidmət etsin, ya da türklərlə rahat yaşasınlar. Axırı elə də oldu ki, Qarabağı türklərə qaytaran bir ordu yarandı və erməni uşaqları da artıq Qarabağda xidmət etmirlər. Uşaqlarımız ortada Xankəndi rejimi olduğu üçün 30 il dinc yaşamış Basarkeçər, Mehri, Cermuk, Gorus, Qafan, Sisiandakı mövqelərdə dayanırlar. İndi erməni valideynlər övladları Vardenisdə xidmətə yola salınarkən təlaşa düşürlər", - o, xalqının Azərbaycan Ordusundan qorxusunun qalmasını gizlətməyib.

Radikal jurnalist İrəvandakı mövcud hakim qüvvələrə də söz atıb: "Təbliğatçıların apardıqları kampaniya nəticəsində insanlarımız tezliklə Qarabağla bağlı oxşar fikirləri sərhəd bölgələrimiz üçün də deməyə başlasalar, təəccüblənməyin. Yəni, qoy vardenislilər Basarkeçərdə xidmət etsinlər. Əks halda Basarkeçərdən imtina edib sülh içində yaşamalıyıq".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qarabağ   Jurnalist  





Xəbər lenti