Ceyhun Bayramov Uqanda Prezidenti ilə görüşüb

Ceyhun Bayramov Uqanda Prezidenti ilə görüşüb
  19 Yanvar 2024    Oxunub:787
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandaya işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Kaquta Museveni ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Bildirilib ki, görüş zamanı iki ölkə arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrlik bu ildən etibarən Azərbaycandan Uqandaya keçib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi başa çatsa da, hərəkatın “sədrlik üçlüyü”ndə yer alır.

AzVision.az


Teqlər:





Xəbər lenti