Cütlük qonaq çağırdığı rəfiqəni cinsi kölə etdi

Cütlük qonaq çağırdığı rəfiqəni cinsi kölə etdi
  19 Yanvar 2024    Oxunub:1223
Krımda evli cütlük dostlarını qonaq çağıraraq onu cinsi köləliyə cəlb edib.
AzVision.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Qeyd edilir ki, yanvarın 17-də işsiz olan ər arvad rəfiqəsinə zəng edərək onu ailə şənliyinə dəvət edib. Qadın qonaq gəlməyə razılaşıb. Lakin o, evə çatan kimi manyak cütlük qonağı zirzəmiyə salaraq əl qolunu bağlayıb.

Bundan sonra içki içən qadınla kişi kölə halına saldıqları rəfiqələrini döyməyə başlayıblar. İş o yerə çatıb ki, onlar bağçaya gedən yeddi yaşlı qızlarının gözü qarşısında qadına bir neçə dəfə təcavüz də ediblər.

İtkin düşən qadının yaxını narahatlıq keçirdiyi üçün polisə müraciət edib. Nəticədə manyak cütlük saxlanılıb. Onlara qarşı cinsi təcavüz, zorlama və qanunsuz saxlama ilə bağlı cinayət işləri açılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım  





Xəbər lenti