2024-cü ildə səyahət üçün ən təhlükəsiz yer açıqlanıb

2024-cü ildə səyahət üçün ən təhlükəsiz yer açıqlanıb
  19 Yanvar 2024    Oxunub:1152
2024-cü ildə turist səfəri üçün ən təhlükəsiz yerin adını açıqlanılıb.
AzVision.az xarici mətbuata ixtinadən xəbər verir ki, bu barədə "Complex" mütəxisslərə istinadən məlumat yayıb. Qeyd edilib ki, reytinq tərtib edilərkən bir çox amillər - əhalinin sıxlığından tutmuş iqlimə qədər təsirlər nəzərə alınıb.

"Berkshire Hathaway Travel Protection" şirkəti Kanadanı 2024-cü ildə ən təhlükəsiz səyahət məkanı adlandırıb. Keçən il altıncı yerdə olan ölkə hazırda müvafiq olaraq ikinci və üçüncü olan İsveçrə və Norveçi qabaqlayıb.

Şirkətin mütəxəssisləri Kanadanın reytinqdə birinci yeri tutmasını burada soyuq hava şəraiti və əhalinin sıxlığının az olması, həmçinin cinayətkarlığın aşağı olması ilə izah ediblər.

Reytinq müəllifləri əlavə edib ki, siyahı yekun deyil. Konkret ölkənin oradakı mövqeyi hər an dəyişə bilər. belə ki, hər şey dövlət daxilində mövcud vəziyyətdən asılıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti