Suriya üzrə Astana formatında 21-ci toplantı keçiriləcək

   Suriya üzrə Astana formatında 21-ci toplantı keçiriləcək
  19 Yanvar 2024    Oxunub:1080
Suriya böhranının qarantları: Türkiyə, Rusiya və İran yanvarın 24-25-də Qazaxıstanın paytaxtı Astanada görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Astana qarantlarının birgə müraciəti əsasında baş tutacaq danışıqlara Türkiyə, Rusiya və İrandan nümayəndə heyətləri ilə yanaşı Dəməşq hökuməti və müxalifətindən rəsmilərin də qoşulacağı bildirilib.

Görüşlər zamanı BMT-dən, İordaniya, İraq və Livandan nümayəndələrin də müşahidəçi qismində iştirakı nəzərdə tutulub.

Danışıqlarda Suriya ətrafında regional vəziyyət, problemin həlli yolları, humanitar vəziyyət və Suriyanın bərpası üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Suriya böhranı ilə əlaqədar Astana toplantılarının sonuncusu 2023-cü ilin yayında baş tutmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər: Astana   Suriya   danışıqlar  





Xəbər lenti