Pakistan İranla diplomatik münasibətləri bərpa edir

   Pakistan İranla diplomatik münasibətləri bərpa edir
  19 Yanvar 2024    Oxunub:1564
Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tamamilə bərpa etmək qərarına gəlib. Bu barədə “Əl-Ərəbiyyə” pan-ərəb telekanalı məlumat yayıb.
"Pakistan Nazirlər Kabineti İranla qarşıdurmaya son qoymaq qərarına gəlib", - materialda deyilir. Pakistan hökuməti İran ilə ikitərəfli münasibətlərin bərpası təşəbbüsünü dəstəkləyib.

Telekanalın məlumatına görə, bu qərar kontekstində əvvəllər geri çağırılan səfirlər və diplomatlar iki dövlətin paytaxtlarına - İslamabad və Tehrana qayıdacaqlar.

Qeyd edək ki, yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş-i-Zəlum” terror qruplaşmasının Pakistandakı qərargahına ilk dəfə olaraq ballistik raket atmışdı. Pakistan isə “Partizanlara ölüm” (“Marg Bar Sarmachar”) əməliyyatı çərçivəsində İranın Sistan və Bəlucistan əyalətinin Seravan rayonunda terrorçuların bazalarına raket zərbələri endirmişdi. Hücumlar fonunda Bağdad və İslamabad Tehrandan səfirlərini geri çağırmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti