Ermənistanda qeyri-döyüş şəraitində 53 hərbçi ölüb

   Ermənistanda qeyri-döyüş şəraitində 53 hərbçi ölüb
  20 Yanvar 2024    Oxunub:1097
Ermənistan ordusunda 2023-cü ildə qeyri-döyüş şəraitində 53 hərbçinin ölüm faktı qeydə alınıb.
AzVision.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu bildirib.

Məlumata görə, başqa səbəblərdən ölən 19 hərbçi ilə bağlı fakt bu saya daxil edilməyib. Bildirilib ki, onlar qətl, intihar və ona cəhd, avtomobil qəzası, texniki təhlükəsizliyə əməl etməmək səbəbindən, eləcə də Azat kəndində kazarmadakı yanğın və bədbəxt hadisə nəticəsində ölüblər.

Bildirilib ki, 2022-ci ildə 17 hərbçi qeyri-döyüş şəraitində ölüb. 2013-cü ildə isə analoji vəziyyətdə 30 hərbçi ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti