Ermənistan və Azərbaycan bir-birindən əlavə təminatlar gözləyir - Paşinyan

   Ermənistan və Azərbaycan bir-birindən əlavə təminatlar gözləyir -    Paşinyan
  20 Yanvar 2024    Oxunub:1051
"Ermənistan və Azərbaycan bir-birindən ərazi iddialarının olmaması ilə bağlı əlavə təminatlar gözləyirlər".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının üzvləri qarşısında çıxışı zamanı deyib. O, çıxışından bir fraqmenti sosial şəbəkələrdə yayımlayıb.

"Biz o yerə gəlib çatmışıq ki, Azərbaycandan əlavə təminat istəyirik, o da bizdən. Daha doğrusu: bizim qarşılıqlı gizli ərazi tələblərimiz və bir-birimizə təcavüzlərimiz yoxdur", - Paşinyan bildirib.

Onun sözlərinə görə, diplomatik sənədlərdə hər zaman müəyyən gizli məna var: "İrəvan və çox güman ki, Bakı qarşı tərəfin təkliflərini ərazi iddiaları üçün təhlükə kimi görür - indi olmasa, gələcəkdə.

Nəzəri səviyyədə Ermənistanla Azərbaycan arasında sülh mümkündür. Son vaxtlar söhbətlər də məhz bu istiqamətdə gedir. Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə də belə iddialarla çıxış etməyəcəklər".

O xatırladıb ki, 2022-ci ilin oktyabrında Praqada 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığı razılaşma əldə olunub.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti