Avropa İttifaqı Yaxın Şərqlə bağlı yeni plan tərtib edib

   Avropa İttifaqı Yaxın Şərqlə bağlı yeni plan tərtib edib
  20 Yanvar 2024    Oxunub:1395
Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün 10 bəndlik plan hazırlayıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, plan təşkilatın Xarici Siyasət Xidməti tərəfindən irəli sürülüb.

"Vəziyyəti nəzərə alaraq və çətinliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb", - sənəddə vurğulanır.

10 bənddən ibarət planda Qəzza zolağında sülh üçün lazımi tədbirlər öz əksini tapıb.

Məlumata görə, Aİ ölkələrinin xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə də Yaxın Şərqdəki münaqişə əsas müzakirə mövzusu olacaq.

AzVision.az


Teqlər:   plan   Qəzza  





Xəbər lenti