ABŞ-də 61 nəfər soyuq hava səbəbilə ölüb

ABŞ-də 61 nəfər soyuq hava səbəbilə ölüb
  20 Yanvar 2024    Oxunub:1074
ABŞ-də bir həftədə 61 nəfər Arktika soyuqları səbəbindən həlak olub.
AzVision.az xəbər verir ki, ölüm hallarının əksəriyyəti Tennessi və Oreqon ştatlarında qeydə alınıb.

Qeyd edək ki, daha əvvəl 47 ölüm faktı təsdiqlənmişdi.

Yanvarın 12-dən ABŞ-nin bir çox hissəsində sərt şaxta və qar yağışı hökm sürür. Mərkəzi bölgələrdə temperatur -35 dərəcəyə çatır.

AzVision.az


Teqlər: ABŞ   şaxta   qar  





Xəbər lenti