Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb - VİDEO+ YENİLƏNİB

 Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb -  VİDEO+ YENİLƏNİB
  21 Yanvar 2024    Oxunub:1754
Yanvarın 20-si şənbə günü axşam Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş Falcon 10 təyyarəsi əlaqəni dayandıraraq radar ekranlarından itib.
Bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) açıqlama yayıb. Belə ki, “Falcon 10” təyyarəsi yanvarın 20-də axşam saatlarında Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) olarkən əlaqə kəsilib və radarlardan itib.

“İlkin məlumata görə, təyyarənin göyərtəsində altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub", - məlumatda deyilir. “Rosaviasiya” Əfqanıstan və Təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirdi.

Qeyd olunub ki, hava gəmisinin ilk uçuş nöqtəsi Taylandın Utapao hava limanı olub.
***
Əfqanıstanın Bədaxşan vilayətində təyyarə qəzası olub.

Bu barədə Əfqanıstanın hakimiyyət orqanları açıqlama verib. Təyyarənin qəzaya uğradığı əraziyə xilasedici qruplar göndərilib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti