Hindistanda nənə yeni doğulan nəvəsini satıb

   Hindistanda nənə yeni doğulan nəvəsini satıb
  21 Yanvar 2024    Oxunub:959
Hindistanda qadın qızının yeni dünyaya gələn uşağını oğurlayaraq 200 min rupiyə satıb.
Bu barədə “News9Live” məlumat yayıb. Hadisə Hindistanın Uttar-Pradeş ştatında qeydə alınıb. Belə ki, yeni doğulan uşağın anası polisə müraciət edərək oğlunu nənəsinin yanına qoyub aptekə getdiyini, geri qayıdanda hər ikisinin evdə olmadığını bildirib.

Araşdırmadan sonra müəyyən olunub ki, nənə uşağı evdən qaçırıb və vasitəçilər yolu ilə onu yeni valideynlərinə 200 min rupiyə satıb. Nənə həbs edilsə də, yeni valideynlərin yerini aşkarlamaq müəyyən vaxt aparıb. Körpə 8 aydan sonra ailəsinə qaytarılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti