Ermənistanda məcburi hərbi xidmətə çağırılan ilk qız o oldu- Video

  Ermənistanda məcburi hərbi xidmətə çağırılan ilk qız o oldu-  Video
  21 Yanvar 2024    Oxunub:1574
Ermənistan Müdafiə Nazirliyi altı aylıq məcburi hərbi xidmət keçmək üzrə olan ilk qızın- Milena Yenokyanın videosunu yayıb.
Milena ixtisasca proqramçıdır və idmanla fəal məşğul olur . Qız iki il Vazgen Sarkisyan adına Hərbi Akademiyaya daxil olmağa çalışsa da, görmə probleminə görə qəbul edilməyib. Göz əməliyyatından sonra o, xidmətə yararlı elan edilib.

“Mən hərbi işlərlə bir qədər tanışam, xidmətdə olduğum müddətdə və hərbi institutda onunla tam tanış olacağam”,- Yenokya deyib.

Xatırladaq ki, Ermənistan ordusunu komplektləşdirə bilmir, fərarilərin sayı da günü-gündən artır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti