Ştaynmayer: "Sağçılar əleyhinə nümayişlər cəsarət nümunəsidir"

      Ştaynmayer:    "Sağçılar əleyhinə nümayişlər cəsarət nümunəsidir"
  22 Yanvar 2024    Oxunub:1376
"Ölkədə ifrat sağçılara qarşı küçələrə axışan yüz minlərlə etirazçı hər kəsi ruhlandırır".
AzVision.az xəbər verir ki, bu barədə Almaniya prezidenti Frank-Valter Ştaynmayer xalqa videomüraciətində deyib.

O, həftə sonu Almaniyanın bir çox şəhərində baş tutan nümayişləri təqdir edib.
"Hamısı bir-birindən fərqlidir, lakin indi ortaq nöqtələri var: misantropiya və ifrat sağçılığa müqavimət göstərirlər. Onlar gələcəkdə azad və dinc yaşamaq istəyirlər. İnsanlığımızı, respublikamızı, konstitusiyamızı konstitusiyanın düşmənlərinə qarşı müdafiə edirlər. Bu, hamımızı ruhlandırır" , - prezident deyib.

O həmçinin bildirib ki, "indi bütün demokratlar həmrəy olmalıdırlar" .

"Demokratiyamızın gələcəyi ona qarşı çıxanların səsinin gücündən deyil, demokratiyanı müdafiə edənlərin gücündən asılıdır. Gəlin göstərək ki, birlikdə daha güclüyük!" , - deyən Ştaynmayer nümayişçilərə açıq dəstəyini dilə gətirib.

Qeyd edək ki, milyonlarla əcnəbinin zorla deportasiyasını nəzərdə tutan planın ötən ilin noyabrında Potsdam şəhərində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyası və Xristian Demokrat Partiyası arasında gizli müzakirə edildiyi üzə çıxıb. Bu xəbərə qəzəblənən etirazçılar həftə sonu küçələrə axışaraq, AfD-nin bağlanmasını tələb edib və ifrat sağçılıq əleyhinə aksiyalar keçiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   prezident   sağçılar   nümayiş  





Xəbər lenti