Slovakiyanın baş naziri: "Kiyev torpaqların bir hissəsindən imtina etməli olacaq"

   Slovakiyanın baş naziri:    "Kiyev torpaqların bir hissəsindən imtina etməli olacaq"
  22 Yanvar 2024    Oxunub:1119
Slovakiyanın baş naziri Robert Fiço Ukrayna ilə bağlı diqqət çənək açıqlamalar verib.
Onun sözlərinə görə, münaqişəyə son qoymaq üçün Ukrayna öz ərazilərinin bir hissəsini Rusiyaya verməli olacaq. Fiço bu barədə Slovakiyanın RTVS dövlət televiziyasına müsahibəsində danışıb.

Slovakiya rəhbərinin sözlərinə görə, münaqişə “xeyli ağrılı” olacaq bir kompromislə başa çatacaq.

“Ukraynalılar nəyi gözləyir? Rusların Donbas və ya Krımı tərk edəcəklərini? Bu real məsələ deyil”, - Fiço qeyd edib. Baş anzir münaqişənin hərbi yolla həllini də mümkün saymayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Slovakiya  





Xəbər lenti