Fransa yəhudilərə qarşı sanksiyalar tələb edir

Fransa yəhudilərə qarşı sanksiyalar tələb edir
  22 Yanvar 2024    Oxunub:790
Fransa Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) İordan çayının qərb sahilinin yəhudi sakinlərinə qarşı sanksiyalar tətbiq edəcəyini gözləyir.
AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejournet deyib.

"Ümid edirəm ki, İordan çayının qərb sahilində zorakılıq edənlərə qarşı sanksiyalar yaxın günlərdə təsdiqlənəcək", - o qeyd edib.

Fransanın yeni xarici işlər naziri əlavə edib ki, o, əvvəllər Fələstinin HƏMAS hərəkatına qarşı sanksiyaların tətbiqini təsdiqləyib və həmçinin yerli sakinlərə yardımın çatdırılması üçün Qəzza zolağında atəşkəsin vacibliyini də vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa   Sanksiya  





Xəbər lenti