İsveç XİN: "İki dövlətli həll yeganə çıxış yoludur"

      İsveç XİN:    "İki dövlətli həll yeganə çıxış yoludur"
  22 Yanvar 2024    Oxunub:992
Aİ-nin XİN rəhbərlərinin Brüsseldə keçiriləcək iclasında digər mövzularla yanaşı Qəzza zolağındakı vəziyyət və münaqişəsinin həlli yolları müzakirə ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström özünün "X" hesabında bildirib.

"Qəzzada humanitar böhran səbəbilə atəşkəs və beynəlxalq insan hüquqlarına riayət zəruridir. Əsirlər azadlığa buraxılmalı, regionda eskalasiyanın qarşısı alınmalıdır", - nazir qeyd edib.

O həmçinin HƏMAS terror təşkilatına qarşı sanksiyalardan məmnunluğunu dilə gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsveç   nazir   Qəzza   Avropaİttifaqı  





Xəbər lenti