MDB-nin Baş katibi azərbaycanlı səfirlə görüşdü

MDB-nin Baş katibi azərbaycanlı səfirlə görüşdü
  22 Yanvar 2024    Oxunub:988
Minskdə yanvarın 22-də MDB-nin Baş katibi Sergey Lebedev Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev ilə görüşüb.

Bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı Azərbaycanın MDB-də keçiriləcək tədbirlərdə iştirakı, o cümlədən fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən olan müşahidə missiyasının işinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, Birlik çərçivəsində əməkdaşlığın aktual məsələləri və Azərbaycan tərəfinin MDB məkanında inteqrasiya proseslərində iştirakının müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti