Qəzzada girovlarla bağlı danışıqlar dalana dirənib

   Qəzzada girovlarla bağlı danışıqlar dalana dirənib
  22 Yanvar 2024    Oxunub:971
İsrail Fələstinin Həmas hərəkatının daimi atəşkəs tələbi ilə razılaşmadığı üçün Qəzza zolağından girovların azad edilməsi üzrə danışıqlar dalana dirənir.

Bu barədə NBC News adı açıqlanmayan diplomata istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, danışıqlar aparan tərəflər girovların azad edilməsi üçün “bəzi mexanizmlər” üzərində razılaşıblar, lakin İsrailin mövqeyi razılaşmanın bağlanmasına mane olur.

Razılaşmanın bir aydan çox müddətə hərbi əməliyyatların dayandırılmasını, fələstinli məhbusların müqabilində girovların mərhələli şəkildə azad edilməsini nəzərdə tutacağı gözlənilir.

Yanvarın 20-də HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk bəyan edib ki, Fələstin hərəkatı hərbi əsirləri saxlamaq istəmir və onların mübadiləsi ilə bağlı yeni sazişin tərfdarıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti