Aldıqları yeni evin dondurucusunda insan başı tapıldı

Aldıqları yeni evin dondurucusunda insan başı tapıldı
  22 Yanvar 2024    Oxunub:910
ABŞ-da Koloradodan olan bir ailə ev alıb və dondurucuda əvvəlki sakinlərin qoyduğu insan başı tapıb.

Bu barədə “The New York Post” yazır. Bütün bunlar yanvarın 12-də Qrand-Cankşen şəhərində baş verib. Ev sahibləri köçdükdən sonra ümumi təmizlik və yoxlama aparıblar ki, daha sonra ehtiyacı olmayan, əvvəlki sakinlərdən qalan əşyaları sata bilsinlər. Evin həyətində dondurucu var idi. Sakinlərin qonşusunun dediyinə görə, kameranı təmizləyərkən qəfil içəridə qara çanta görüblər. Onu açanda çantadan insan başı düşüb.

Digər qonşular jurnalistlərə bildiriblər ki, evdə yaşlı qadın və oğlu yaşayırmış. Onlar heç kimlə əlaqə saxlayıb və evi satmaq üçün müqavilə bağlanan gün köçüblər.

Polis araşdırmaya başlayıb, lakin hələlik hər hansı təfərrüat açıqlamayıb. Bununla belə, şerif idarəsi ərazidəki digər sakinlər üçün təhlükə olmadığını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti