TBMM İsveçin NATO-ya üzvlüyünə səs verəcək

   TBMM İsveçin NATO-ya üzvlüyünə səs verəcək
  23 Yanvar 2024    Oxunub:932
Türkiyə Böyük Millət Məclisi protokulu təsdiqləyərsə, İsveç 32-ci üzv kimi alyansa qoşulacaq.
AzVision.az xəbər verir ki, Türkiyə parlamentində sözügedən protokulun müzakirəsi bu gün baş tutacaq.

Məlumata görə, qanun parlamentdə səsvermə ilə təsdiqləndiyi təqdirdə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiya NATO-ya qoşulmaq üçün müraciət etsə də, Türkiyə bu ölkələrin "Ankaranın terrorçu kimi tanıdğı qrupları qoruduğu" iddiasını irəli sürərək, razılıq verməmişdi. Finlandiyanın üzvlüyü ötən ilin aprelində təsdiqlənmiş, İsveç, habelə Macarıstana isə Türkiyə tərəfindən PKK-ya qarşı mövqeyi sərtləşdirmək şərti qoyulmuşdu.

Rəsmi Stokholmun terror təşkilatına üzvlüyü qeyri-qanuni sayan müvafiq qanunu qəbul etməsi onun alyansa qoşulmaq müraciətini yenidən gündəmə gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsveç   NATO   Türkiyə  





Xəbər lenti