Polşa Rusiya təyyarələrinə görə qırıcılarını döyüş vəziyyətinə gətirdi

Polşa Rusiya təyyarələrinə görə qırıcılarını döyüş vəziyyətinə gətirdi
  23 Yanvar 2024    Oxunub:826
Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı Rusiya aviasiyasının aktiv fəaliyyəti ilə əlaqədar qırıcıları havaya qaldırıb.
AzVision.az xəbər verir ki, bu barədə komandanlıq "X" sosial şəbəkəsində məlumat yayıb.

“Rusiya uzaqmənzilli aviasiyasının fəallığı artıb. Bu fəaliyyətlər isə Ukrayna ərazisinə zərbə endirmək niyyəti ilə bağlıdır”, - Polşa Silahlı Qüvvələrinin məlumatında deyilir.

Hərbi komandanlıq ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri gördüklərini, Polşanın cənub-şərqində müttəfiqlərin aviasiyasının da fəaliyyətə başladığını bəyan ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa   Rusiya  





Xəbər lenti