Almaniyanın müdafiə naziri: "Rusiyanın hücumuna hazır olmalıyıq"

   Almaniyanın müdafiə naziri:    "Rusiyanın hücumuna hazır olmalıyıq"
  23 Yanvar 2024    Oxunub:997
Almaniyanın müdafiə naziri Boris Pistorius diqqət çəkən açıqlamalar verib. ZDF telekanalının yaydığı məlumata görə, o, ölkəsini Rusiyanın mümkün hücumuna hazır olmağa çağırıb.
Nazirin sözlərinə görə, belə bir ehtimalın artması səbəbindən Berlin NATO-dakı müttəfiqləri ilə birlikdə silahlanır.

Pistorius xüsusi olaraq xatırladıb ki, Almaniya ordusuna məxsus xüsusi briqada məhz Rusiyanın mümkün hücumu ehtimalına görə Litvada yerləşdirilib.

Alman politoloq: "Xalq Rusiya ilə münaqişə ehtimalına inanmır"
Ordu rəhbəri alman hərbi ekspertlərin təhlillərindən də söz açıb. Mütəxəssislərin fikrincə, Rusiya Federasiyası bir neçə ildən sonra alyans ölkələrindən birinə hücum edə biləcək güc toplayacaq. O, bunun sadəcə təxmin olduğunu, lakin Almaniyanın mövcud vaxtdan intensiv silahlanma üçün istifadə etməli gərəkdiyini vurğulayıb.

“Çəkindirmə siyasəti əvvəlcədən təcavüzkarın planlarına qarşı mövqe tutmaq üçün yeganə təsirli vasitədir”, - nazir Moskvaya siyasi mesaj ünvanlayıb.

Xatırladaq ki, bir neçə gün öncə "Bild" qəzeti bu mövzuda sensasiyalı məqalə dərc etmişdi. Nəşr yazıb ki, Bundesverdən redaksiyaya Almaniyanın Rusiya ilə müharibə planı hazırlamasından bəhs edən məxfi sənəd daxil olub. Sənədə görə, münaqişə 2025-ci ildə Ukraynanın məğlubiyyətindən sonra başlaya bilər. İddia edilir ki, Rusiya Suvalski dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun yeridəcək və NATO buna şərq cinahına 300 min əsgər göndərməklə cavab verəcək.

Lakin məşhur alman politoloq Aleksandr Rahr bu qalmaqallı xəbəri şərh edərkən belə bir dəhşətli müharibə planının real olmadığını dedi. Rahr saytı ittiham edib. Onun fikrincə, bu məqalə sadəcə xarici hərbçilərin Ukraynaya göndərilməsi zərurəti ilə bağlı ictimai rəy hazırlayır: “Bild" qəzeti təxribatları və ehtirasları qızışdırması ilə tanınır".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   NATO   Rusiya   Müharibə  





Xəbər lenti