SEPAH: "Husilər heç kimdən əmr almır"

      SEPAH:    "Husilər heç kimdən əmr almır"
  23 Yanvar 2024    Oxunub:967
"Husi üsyançıları Fələstin xalqına dəstək naminə müstəqil müqavimət göstərirlər".
AzVision.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri komandiri Əlirza Təngsiri deyib.

"Yəmən güclü orduya malik müstəqil ölkədir. Ordunun güclü rəhbəri heç kimin əmrinə əsaslanmadan müstəqil qərarlar verir. Bab əl-Məndəb boğazında sionist rejimə məxsus və ya onun limanlarına yönələn gəmilərin qarşısının alınması Yəmənin müsəlmanlara dəstəyi ilə əlaqədardır", - Təngsiri deyib.

O həmçinin vurğulayıb ki, "qəhrəman yəmənlilər" Qəzza zolağında insan fəlakətini dayandırmağa çalışırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   SEPAH   husilər  





Xəbər lenti