AfD: "İqtidara gəlsək, Almaniyanı Aİ-dən çıxaracağıq"

      AfD:    "İqtidara gəlsək, Almaniyanı Aİ-dən çıxaracağıq"
  23 Yanvar 2024    Oxunub:1070
"Böyük Britaniya Almaniya üçün nümunədir. Biz də belə bir suveren addım atmalıyıq".
AzVision.az xəbər verir ki, bu barədə Almaniya üçün Alternativ Partiyasının (AfD) həmsədri Alis Vaydel Böyük Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"Əgər hakimiyyətə gəlsək, Almaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı "Brexit" tipli referendum keçirəcəyik", - xanım həmsədr deyib.

O həmçinin vurğulayıb ki, "Aİ-nin bir sıra təşkilatının, o cümlədən Avropa Komissiyasının səlahiyyətlərini məhdudlaşdıracaqlar".

Xatırladaq ki, sözügedən partiyanın milyonlarla miqrantı ölkədən çıxarmaqla bağlı gizli müzakirədə iştirakı ötən həftə ölkədə böyük etirazla qarşılanmış, nümayişlər baş qaldırmışdı.

Alis Vaydel müsahibəsində bu məsələyə də toxunub:

"Bu, skandaldır. Partiyanın belə planı yoxdur. Yalnız Almaniyada yaşamağa haqqı çatmayan insanları öz ölkələrinə qaytarmaq istəyirik. Niyyətimiz düzgün başa düşülməyib. AfD ölkənin qanunlara sadiq partiyadır", - o söyləyib.

Qeyd edək ki, AfD-yə qarşı etirazlara, ifrat sağçılıq, hətta nasizm ittihamlarına baxmayaraq, partiya ölkədə böyük nüfuza malikdir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   AfD   Avropaİttifaqı  





Xəbər lenti