Qırğızıstanda iki dəfə zəlzələ oldu

   Qırğızıstanda iki dəfə zəlzələ oldu
  24 Yanvar 2024    Oxunub:853
Yanvarın 24-də Qırğızıstanda iki zəlzələ qeydə alınıb. Onlardan biri 4 bal gücündə olub. Bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, mənbədə intensivliyi təqribən 3 bal olan ilk yeraltı təkan yerli vaxtla saat 06:05-də , ikincisi isə təxminən 4 bala yaxın intensivlikdə saat 08:39-da qeydə alınıb.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dağıntı və tələfat olmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti