Tramp növbəti dəfə qələbə qazanıb

   Tramp növbəti dəfə qələbə qazanıb
  24 Yanvar 2024    Oxunub:1187
ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün Nyu-Hempşir ştatında baş tutan Respublikaçılar Partiyasının ilkin seçkilərində qalib gəlib.
AzVision.az xəbər verir ki, Donald Tramp Ayova ştatında keçirilən ilkin seçkilərdən sonra ikinci dəfə ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylidən daha çox səs toplaya bilib.

Hərçənd nəticələr rəsmi təsdiqlənməsə də, o bu ştatda ən azı 54,6% səs toplayaraq qələbə qazanıb. Maraqlıdır ki, ştatda böyük nüfuza malik Heyliyə isə seçicilərin yalnız 43,5%-i dəstək verib.

Beləliklə, Respublikaçılar Partiyasından prezidentliyə namizədlik şansını daha da gücləndirən Trampın tərəfdarları Heyliyə "təslim olmaq" üçün təzyiq göstərsələr də, xanım namizəd:

"Yarış hələ bitməyib. Qarşıda onlarla ştat var" , - deyə mübarizəsini davam etdirəcəyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   prezident   seçkilər  





Xəbər lenti