Niderland vətəndaşları Rusiyaya hərbi təyinatlı məhsullar satıblar

Niderland vətəndaşları Rusiyaya    hərbi təyinatlı məhsullar    satıblar
  24 Yanvar 2024    Oxunub:1226
Almaniya, Kanada, Litva və Latviya hüquq-mühafizə orqanlarının iştirakı ilə keçirilən xüsusi əməliyyat nəticəsində sanksiyalardan yayınaraq Rusiyaya hərbi mallar çatdırmaqda şübhəli bilinən üç Niderland vətəndaşı saxlanılıb.
AzVision.az Niderlandın fiskal məlumat və tədqiqatlar xidmətinin (FİOD) və Avropa İttifaqının məhkəmə orqanları ilə iş üzrə agentliyinin (Avroyust) yaydığı məlumata istinadən xəbər verir ki, saxlanılanlar 56 və 57 yaşlı iki kişi və 54 yaşlı qadındır.

“Onlar beynəlxalq qaçaqmalçılıq şəbəkəsində iştirak eməkdə də şübhəli bilinirlər. Niderlandda qeydiyyatdan keçmiş şirkətin fiziki və rəqəmsal idarəetmə strukturuna, eləcə də bank hesabı və rabitə vasitələrinə həbs qoyulub” , - Avroyust dəqiqləşdirib.

İstintaqın məlumatına görə, həbs edilən şəxslər 2017-ci ildə başqa işlərlə yanaşı, Şərqi Avropa ölkələri vasitəsilə Rusiyaya hərbi malların ixracı ilə məşğul olan şirkət də yaradıblar.
Hər iki şübhəli şəxs Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayana qədər bu şirkətdə yüksək vəzifələrdə çalışıb. FİOD bildirir ki, bu şirkətin direktoru və yeganə səhmdarı Rusiya vətəndaşıdır.

Müstəntiqlər həbs olunan qadının da şirkətin Avropa İttifaqının sanksiyalarından yayınma fəaliyyətinə qoşulduğunu iddia edirlər.

Niderlandın “NOS” nəşrinin yaydığı məlumata görə, söhbət Rusiyaya yüz minlərlə avro dəyərində texnologiya və laboratoriya məhsulları tədarük edən Vorshotendəki “ETW-Tekhnologiya B.V.” şirkətindən gedir.

“NOS” nəşrinin araşdırmasına əsasən, şirkətin özü və onun rusiyalı sahibi Mixail V. Rusiya kəşfiyyatı ilə əlaqəli ola bilər. Onun məhsullarının alıcıları Avropa İttifqaının sanksiya siyahısına düşmüş bir neçə şirkət və tədqiqat institutu olub. Təhqiqatçılar iddia edirlər ki, onların arasında “Rostex” və “Rosneft” kimi Rusiya nəhənglərinin törəmə şirkətləri də var.
AzVision.az


Teqlər: Niderland   Rusiya  





Xəbər lenti