Norveç XİN rəhbəri Qəzzada atəşkəsə çağırış edib

Norveç XİN rəhbəri Qəzzada atəşkəsə çağırış edib
  24 Yanvar 2024    Oxunub:842
Norveçin xarici işlər naziri Espen Bart Eyde BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasında çıxışı zamanı ölkəsinin Qəzza zolağında "davamlı humanitar atəşkəs" çağırışını təkrarlayıb.
AzVision.az xəbər verir ki, norveçli nazir atəşkəs çağırışı barədə "X" hesabında bəyanat yayıb.

"Təkcə yardım aparan yük maşınlarını saymaq kifayət deyil. Yardımın həcmini yox, humanitar səyləri əsaslı şəkildə artırmağa çağırırıq. Qəzza zolağında humanitar yardımın keyfiyyəti, səmərəliliyi və əlçatanlığı üçün koordinasiyanı gücləndirməliyik", - nazir deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Norveç   atəşkəs   çağırış   Qəzza  





Xəbər lenti