Kemeronun Yaxın Şərqə səfəri gözlənilir

   Kemeronun Yaxın Şərqə səfəri gözlənilir
  24 Yanvar 2024    Oxunub:863
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qəzza zolağında davamlı atəşkəs səyləri çərçivəsində bu həftə İsrail, Fələstin, Qətər və Türkiyəyə səfər edəcək.
AzVision.az xəbər verir ki, gözlənilən səfər barədə Böyük Britaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, ingilis nazir səfər çərçivəsində bir sıra rəsmilərlə, o cümlədən İsrailin Baş naziri Benyamin Netanyahu və XİN rəhbəri İsrael Katz ilə görüşərək, Qəzza zolağına daha çox humanitar yardımın çatdırılması, əsirlərin azadlığa buraxılması və daimi atəşkəs üçün razılıq barədə müzakirələr aparacaq.

Kemeronun Türkiyə səfərində isə Yaxın Şərqdə regional təhlükəsizlik və digər məsələlər ətrafında görüşlər keçirəcəyi diqqətə çatdırılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   nazir   səfər  





Xəbər lenti