Bayden Fələstin tərəfdarlarının qəzəbinə tuş gəldi - FOTO / VİDEO

   Bayden Fələstin tərəfdarlarının qəzəbinə tuş gəldi -    FOTO / VİDEO
  24 Yanvar 2024    Oxunub:1144
ABŞ prezidenti Co Baydenin növbəti çıxışı Fələstin tərəfdarları tərəfindən provokasiya edilib.
AzVision.az xəbər verir ki, Virciniya ştatında mitinq zamanı əlində Fələstin bayrağı tutmuş bir nəfər prezidentin nitqini kəsərək, ona "Bu gün neçə uşağı öldürdün?!" deyərək qışqırıb. Başqa bir nümayişçi isə "İsrail hər saatda iki ananı öldürür" söyləyərək vəziyyəti daha da gərginləşdirib.

Artan etiraz şüarları nəticəsində əsəbiləşən Bayden nümayişçiləri "Trampı dəstəkləyən respublikaçılar" adlandırıb.

Maraqlıdır ki, sabiq prezident Donald Tramp İsrailin və Baş nazir Benyamin Netanyahunun sadiq müttəfiqidir.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: ABŞ   Bayden   Fələstin   nümayiş  





Xəbər lenti