Rusiyada hərbi nəqliyyat təyyarəsi vuruldu - VİDEO

 Rusiyada hərbi nəqliyyat təyyarəsi vuruldu -  VİDEO
  24 Yanvar 2024    Oxunub:2045
Rusiyanın Belqorod vilayətində hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə RT məlumat yayıb. Sayt fövqəladə hallar xidmətindəki mənbəyə istinad edib.

Teleqram kanallarının yaydığı məlumata görə isə təyyarədə onlarla insan olub, onların taleyi məlum deyil. İddia edilir ki, təyyarə yerə düşməmişdən öncə raketlə vurulub. Çünki yayılan görüntülərdə səmada raket izləri də görünüb.

"Hadisə Koroçanski rayonunda baş verib. Hazırda Fövqəladə Hallar Xidmətinin istintaq qrupu və digər əməkdaşları hadisə yerində işləyirlər. İş qrafikimə dəyişiklik edərək hadisə yerinə getdim", - Belqorodun rəhbəri Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.



Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Qəza   Təyyarə  





Xəbər lenti