Blinken: Afrikada təhlükəsizlik üzrə əməkdaşlığa hazırıq

      Blinken:    Afrikada təhlükəsizlik üzrə əməkdaşlığa hazırıq
  24 Yanvar 2024    Oxunub:965
"Afrikada insanlar və resursların "Vaqner" tərəfindən istismarı aydın məsələdir. ABŞ burada təhlükəsizlik problemləri ilə mübarizədə tərəfdaşlarımızı dəstəkləməyə hazırdır".
AzVision.az xəbər verir ki, Afrika ölkələrinə səfəri çərçivəsində Nigerə gələn ABŞ Dövlət katibi Antoni Blinken mediaya müsahibəsində diqqətçəkən fikirlər səsləndirib.

O bildirib ki, Rusiyanın "Vaqner" hərbi şirkəti bəzi Afrika ölkələrinə, habelə çevrilişdən sonra Nigerə təhlükəsizlik dəstəyi versə də, regionda bu sahədə problemlər daha da artıb.

"ABŞ regional təhlükəsizlik üçün kəşfiyyat məlumatlarının mübadiləsi və texniki təchizat dəstəyi kimi məsələlərdə əməkdaşlığa, mülki əhalinin təhlükəsizliyinə töhfə verməyə hazırdır", - Blinken deyib.

Qeyd edək ki, Afrika səfərində əvvəlcə Kabo-Verde və Kot-d'İvuarda görüşlər keçirmiş ABŞ Dövlət katibi növbəti dayanacaq kimi Anqolaya yollanacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Afrika   Blinken   səfər  





Xəbər lenti