ABŞ İraqda iranyönümlü qüvvələrə zərbə endirib

   ABŞ İraqda iranyönümlü qüvvələrə zərbə endirib
  24 Yanvar 2024    Oxunub:1090
"Əməliyyatlar ABŞ və müttəfiqlərinin regiondakı bölmələrinə qarşı hücumlara cavab mahiyyətindədir".
AzVision.az "Pentaqon" rəhbəri Lloyd Ostinin yazılı açıqlamasına istinadən xəbər verir ki, hücum prezident Co Baydenin göstərişi ilə həyata keçirilib.

Məlumata görə, İraqın Babil şəhərində Cürf Əl-Səxər qəsəbəsində İran tərəfindən maliyyələşdirilən "Kətaib Hizbullah" qruplaşmasına məxsus üç obyektə, habelə İrana bağlı digər qruplara PUA zərbələri endirilib. Nəticədə 5 nəfər yaralanıb.

ABŞ Silahlı Qüvvələri həmçinin İraq-Suriya sərhədində yerləşən Əl-Qaim şəhərində "Həşdi Şabi" qruplaşmasına aid qərargahı da PUA-larla hədəfə alıb. Hücumda 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

"Pentaqon"un bəyanatında bildirilir ki, əməliyyatlar ABŞ və müttəfiqlərinin regiondakı bölmələrinə qarşı hücumlara cavab mahiyyətindədir.

"Regionda münaqişəni qızışdırmağa çalışmırıq. Heyətimizi və obyektlərimizi qorumaq üçün əlavə tədbirlər görürük. Bu qrupları və onların İranlı sponsorlarını hücumları dərhal dayandırmağa çağırırıq", - "Pentaqon" rəhbəri Ostin bəyanatda vurğulayıb.

Hərçənd "Kətaib Hizbullah"ın sözçüsü Cəfər Əl-Hüseyni "X" hesabında "Qəzzada mühasirə bitənədək "düşmən bazalarını" hədəfə almağa davam edəcəklərini" yazıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İraq   Suriya   hücum   əməliyyat  





Xəbər lenti