Rusiyaya qarşı sanksiyalar 6 ay müddətinə uzadıldı

Rusiyaya qarşı sanksiyalar 6 ay müddətinə uzadıldı
  24 Yanvar 2024    Oxunub:755
Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı hələ 2014-cü ildə tətbiq edilmiş iqtisadi sanksiyaların daha altı ay müddətinə uzadılmasını təsdiqləyiblər.

Bu barədə RİA Novosti Aİ-dəki mənbəyə istinadən xəbər verir. "Bu maddə təsdiqləndi"-, deyə agentliyin mənbəsi bildirib.

Qeyd olunub ki, sanksiyaların uzadılması ilə bağlı bənd ilkin müzakirələrsiz, avtomatik qəbul edilib.

Sonuncu dəfə 2014-cü ildən tətbiq edilən iqtisadi sanksiyalar altı ay müddətinə 2024-cü il yanvarın 31-dək uzadılmışdı.


AzVision.az


Teqlər:





Xəbər lenti