Vurulan təyyarədəki Ukrayna hərbçilərinin fotoları yayımlanıb

 Vurulan təyyarədəki Ukrayna hərbçilərinin fotoları yayımlanıb
  24 Yanvar 2024    Oxunub:947
Rusiyanın Belqorod vilayətində qəzaya düşən təyyarələri ukraynalı hərbi əsirlərin foto və videoları paylaşılıb.
AzVision.az xəbər verir ki, daha əvvəl “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyanın dərc etdiyi siyahıdan götürülən ukraynalı hərbi əsirlərin foto və videolarını "Baza" Telegram kanalında paylaşılıb.

Bildirilib ki, əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin bu əsgərlərinin bəziləri Mariupolda, digərləri isə 2022-ci ilin martında, xüsusi hərbi əməliyyatın (SVO) başlanmasından dərhal sonra əsir götürülüb.

Simonyanın siyahısına 65 nəfər daxildir - onlar orta hesabla 30-50 yaş arası kişilərdir.

Qeyd edək ki, yanvarın 24-də Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində mübadilə üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, həmçinin təyyarənin altı ekipaj üzvü və onu müşayiət edən üç nəfər olub. Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, Ukrayna Silahlı Qüvvələri təyyarəni 3 raketlə vurub.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov qeyd edib ki, təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti