Ərdoğan Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

   Ərdoğan Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
  24 Yanvar 2024    Oxunub:1205
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Kirmanda baş vermiş terror aktını pisləyən Ərdoğan Türkiyənin bu sahədə mübarizədə İranın yanında olduğunu vurğulayıb:

"Biz qonşumuz İranla qarşılıqlı etimad və ümumi maraqlar əsasında münasibətlərimizin dərinləşməsinə önəm veririk. Biz görüşlərimizdə bu iradəni bir daha təsdiqlədik. Qəbul etdiyimiz qərarlar da bölgəmizin rifahı üçün böyük əhəmiyyət kəsb edir".

Prezidentlər eyni zamanda regional və beynəlxalq hadisələri, xüsusilə İsrailin Qəzzaya hücumlarını müzakirə edibçər.

Qeyd edək ki, mətbuat konfransından sonra Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti