Alp dağlarında qiyamət hazırlığı: "Super" disklər 300 metr dərinlikdə gizlədildi

      Alp dağlarında qiyamət hazırlığı:    "Super" disklər 300 metr dərinlikdə gizlədildi
  25 Yanvar 2024    Oxunub:1193
Hazırda dünyanın ən böyük narahatlığı Rusiyanın bir Avropa ölkəsinə hücumu nəticəsində III Dünya Müharibəsinin başlaması və nüvə münaqişələrinin yaranması ehtimalıdır. Avropa ölkələri sözün əsl mənasında müharibəyə hazırlaşır. Nüvə müharibəsinin başlanması ilə insanlığa dair biliklərinin məhv edilməsi riski mövcuddur. Biliklər itirilsə dünya mağara dövrünə qayıdacaq. Bunun qarşısını almaq və bəşəriyyətlə bağlı bütün məlumatları saxlamaq üçün xüsusi texnologiyadan istifadə olunur.
AzVision.az xəbər verir ki, ABŞ-da yerləşən "Arch Mission Foundation" tərəfindən "Global Knowledge Vault" (Qlobal Məlumat bankı) adlı layihə həyata keçirilir. Layihə çərçivəsində super yaddaş disklərində bəşəriyyətə aid 60 milyon mikroskopik səhifəlik məlumat toplanır. Disklər İsveçrənin Alp dağlarında sığınacaqda saxlanılır.

Sözügedən əraziyə xüsusi dəvətlə gedən İngiltərənin “The Sun” qəzetinin müxbiri sığınacaq içərisində yeraltı tunellər, laboratoriyalar və miniatür dəmir yolu olduğunu yazıb. Disklərin sığınacaqdakı "Hagerbach" qalereyasında saxlandığı bildirən dəyanət prezidenti Nova Spivack, "Dünyada geoloji fəlakət, kosmik enerji partlayışı, nüvə müharibəsi və ya bio apokalipsis olarsa, bu disklər sığortamız olacaq", deyə qeyd edib.



Super yaddaşa malik disklər İngiltərədəki Southampton Universitetinin Optoelektronika Laboratoriyasında hazırlanıb. Diskləri yaradan texnologiyanı isə professor Peter Kazanski hazırlayıb.

Kazanski “Supermen yaddaş kristalları” adlanan texnologiya haqqında deyib: “O, hətta min dərəcə istiyə də davamlıdır. Disklər məlumatı saxlamaq üçün əbədi qala bilər və mıhv edilə bilməz. Bu disklərin tutumu insan beyninə bərabərdir".

Alp dağlarındakı disklərdə nano lazerlərlə həkk olunmuş məlumatlar, Vikipediya və Rosetta dil arxivləri var.

"Arch Mission Foundation" hər qitədə oxşar anbarlar yaratmağı hədəfləyir. 7,5 santimetrlik disklərin Aya, Marsa, Veneraya və Yerə yaxın asteroidlərə göndərilməsi planlaşdırılır.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti