Narışkindən xalqa xəbərdarlıq: "Qərbin təxribatlarına hazır olun"

Narışkindən xalqa xəbərdarlıq:    "Qərbin təxribatlarına hazır olun"
  25 Yanvar 2024    Oxunub:1115
Qərb Ukraynada məğlub olur. Ona görə də onların anti-Rusiya təxribatları törətməsi ehtimalı çox yüksəkdir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin yerli mediaya müsahibəsində xəbərdarlıq edib.

Onun sözlərinə görə, Ukraynadakı böhranı Qərb yaradıb. Kiyevin müttəfiqləri hadisələrin gedişatını öz xeyrinə dəyişməsi üçün ən çirkin təxribatlara hazır olmalarına dair bir çox nümunələr var.

Buna baxmayaraq, Rusiya rəsmisi əminliyini ifadə edib ki, Qərbin yeni anti-Rusiya təxribatları uzunmüddətli effekt verməyəcək. Onun sözlərinə görə, indi yalanlar daha tez aşkarlanır.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti