Nazir: “İran İsrail üçün qanuni hədəfdir”

      Nazir:    “İran İsrail üçün qanuni hədəfdir”
  25 Yanvar 2024    Oxunub:1162
İsrailin sənaye və iqtisadiyyat naziri Nir Barkat deyib ki, İran İsrailin raket zərbələri üçün qanuni hədəfdir, çünki Tehran yəhudi dövlətinə qarşı olan hərbiləşdirilmiş hərəkatları dəstəkləyir.
O, bu barədə “The Telegraph” nəşrinə müsahibəsində bildirib. “İran İsrail üçün qanuni hədəfdir. Kubanın raket böhranında prezident Kennedinin strategiyasından istifadə etməyi tövsiyə edirəm”, - Barkat deyib.

Onun sözlərinə görə, İsrail İrana proksi qüvvələrdən istifadə etdiyinə görə cavabdeh olacağına dair siqnal göndərməlidir.

Müsahibədə Barkat onu da bildirib ki, İordan çayının qərb sahilindən olan fələstinlilər yenidən yəhudi dövləti ərazisində işləyə bilməyəcəklər, onların yerini əcnəbi işçilər tutacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti