“Avtovağzal” metrosu nə vaxt açılacaq?

Məlumatda, həmçinin bildirilir ki, “Dərnəgül” stansiyasından “Xətai” stansiyasınadək uzanan “Yaşıl xətt”in davamı olaraq isə bir sıra yeni stansiyalar inşa ediləcək. Bu stansiyalar Nobel prospekti boyunca uzanaraq, “Ağ şəhər” layihəsini və Neft Emalı Zavodunun qarşısındakı ərazini əhatə edəcək. “Yaşıl xətt”in sonuncu stansiyası isə hələlik şərti olaraq “Həzi Aslanov-2” adlandırılan stansiya olacaqdır. Daha sonra bu stansiyadan “Dərnəgül” stansiyasına yeni xətt çəkilməsi planlaşdırılır.