Estoniyalı general: “NATO Rusiyanın hərbi imkanlarını lazımi səviyyədə qiymətləndirməyib”

      Estoniyalı general:    “NATO Rusiyanın hərbi imkanlarını lazımi səviyyədə qiymətləndirməyib”
  25 Yanvar 2024    Oxunub:989
Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Herem deyib ki, NATO ölkələrinin Rusiya ordusunun tükənməsi ilə bağlı proqnozları özünü doğrultmayıb, Qərb prezident "Vladimir Putinin silahlı qüvvələrini" lazımınca qiymətləndirib.
Herem vurğulayıb ki, Rusiya ildə bir neçə milyon artilleriya mərmisi istehsal etməyə qadirdir ki, bu da Avropanın potensialını xeyli üstələyir.

“Bu inkişaf Qərbdə Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmaq üçün xəbərdarlıq dalğasına səbəb olub. Bir çox insanlar bundan irəli gedə bilməyəcəklərini düşünürdülər - bu gün faktlar bizə başqa cür deyir. Onlar daha çox, dəfələrlə çox sursat istehsal edə bilərlər”.

“Bloomberg” bildirib ki, Estoniya kəşfiyyatının hesablamalarına görə, yaxın 3-5 il ərzində Rusiyada hərbi istehsal o həddə çatacaq ki, bu, NATO üçün təhlükəyə çevriləcək. Eyni zamanda, mövcud qüvvələr balansı Şimali Atlantika Müqaviləsi Təşkilatında hərbi hazırlıqla bağlı narahatlıq doğurur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti