Yunanıstanda eynicinsli nikah gündəmdədir

   Yunanıstanda eynicinsli nikah gündəmdədir
  25 Yanvar 2024    Oxunub:1156
Yunanıstanda eynicinsli nikahla bağlı qanun layihəsi kilsə və hökumət arasında gərginlik doğurub. Layihə təsdiqlənərsə, Yunanıstan eynicinsli nikahı qanuniləşdirən ilk pravoslav ölkə olacaq.
AzVision.az xəbər verir ki, layihənin fevral ayında müzakirəsi və qəbulu nəzərdə tutulur.

Ölkənin mərkəz sağçı hökuməti layihənin qəbulu üzrə proseduru sürətləndirməyə çalışsa da, Yunan Pravoslav Kilsəsi məsələnin qəti şəkildə əleyhinədir.

Dünyadakı pravoslav kilsələrinin mərkəzi İstanbul Patriarxlığı eynicinsli evliliyə etiraz mahiyyətində bəyanat yayıb.

"Evlilik İsa Məsihin əmri əsasında kişi və qadının birləşməsidir. Kilsə öz üzvlərinin nikahdan kənar münasibətinə razılıq vermir", - bəyanatda deyilir.

Yunan Ortodoks Kilsəsinin Rahiblər Məclisinin sözçüsü Panteleymon da ölkənin "Skai TV" telekanalına müsahibəsində kilsənin layihəyə etirazının yazılı şəkildə parlament üzvlərinə göndəriləcəyini və fevralın 4-də bazar günü ayinlərində oxunacağını bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yunanıstan   eynicinsli   nikah   evlilik   kilsə  





Xəbər lenti