Ermənistan Aİ müşahidəçiləri ilə bağlı sazişin ratifikasiyasını təsdiqlədi

Ermənistan Aİ müşahidəçiləri ilə bağlı sazişin ratifikasiyasını təsdiqlədi
  25 Yanvar 2024    Oxunub:1035
Ermənistan Nazirlər Kabineti Avropa İttifaqı ilə ölkədə ittifaqın müşahidəçi missiyasının statusu haqqında sazişin ratifikasiyasını təsdiqləyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın təqdim etdiyi qətnamə layihəsində deyilir ki, sənəd indi təsdiq olunmaq üçün konstitusiya məhkəməsinə göndəriləcək. Səlahiyyətli orqan müsbət qərar verərsə, saziş ratifikasiya üçün parlamentə göndəriləcək.

Aİ missiyası 20 fevral 2023-cü ildən Azərbaycanla sərhədin Ermənistan tərəfində fəaliyyət göstərir. Bir ildən az müddətdə şəxsi heyətin sayı 100 nəfərdən 209 nəfərə yüksəlib. Avqustun sonunda Ermənistan Aİ ilə respublikada ittifaqın müşahidəçi missiyasının statusunu rəsmiləşdirən saziş imzalayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti