İsveçin Baş naziri yubileyini dövlət hesabına qeyd edəcək

İsveçin Baş naziri yubileyini dövlət hesabına qeyd edəcək
  25 Yanvar 2024    Oxunub:940
İsveçin Baş naziri Ulf Kristerssonun iqamətgahında onun 60 illik yubileyi münasibətilə özəl tədbir keçirilib.
Baş nazir təxminən 70 dəvətlinin iştirak etdiyi bu yubiley mərasiminin xərclərini öz vəsaitləri hesabına ödəyib. Çərşənbə günü isə 350 nəfərin dəvət olunduğu daha böyük tədbir olub. Dəvətlilərin siyahısına partiyaların liderləri, səfirlər, mədəniyyət xadimləri və başqa tanınmış şəxslər daxil edilib.

Baş nazirin aparatının mətbuat xidmətindən Cenni Riderstedt bildirib ki, həmin tədbirin xərcləri hökumət tərəfindən ödənilib, çünki rəsmi qəbul Baş nazirin qəbulu çərçivəsində təşkil olunub. Hökumət rəsmiləri yubiley mərasiminə ayrılan vəsaitin məbləğini söyləməkdən imtina ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti