Ukrayna “F-16” qırıcılarını qəbul etməyə hazır deyil

   Ukrayna “F-16” qırıcılarını qəbul etməyə hazır deyil
  25 Yanvar 2024    Oxunub:1200
“Ukrayna hakimiyyəti indi dördüncü nəsil “F-16” qırıcılarını, hətta Qərb ölkələri onları münaqişə zonasında yerləşdirmək qərarına gəlsə belə, qəbul edə bilməyəcək”.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat yerli “Rada” telekanalının efirində bildirib. Onun sözlərinə görə, Avropa dövlətlərinin liderləri bu təyyarələri Kiyevə təhvil verməyə hazır olduqlarını dəfələrlə bildiriblər. Xüsusilə, siyasətçilər onların heç olmasa Ukrayna ərazisində yerləşdirilməsinin zəruriliyinə diqqət çəkiblər.
Ancaq bu Ukraynaya uyğun variant deyil. Onlara işləmək, hava məkanını əhatə etmək lazımdır”.

O qeyd edib ki, hazırda Ukraynada qırıcı təyyarələrə xidmət göstərmək üçün lazımi infrastruktur yoxdur. Üstəlik, ukraynalı pilotlar F-16-nı idarə etmək üçün təlim keçmirlər.

“Bu təyyarələr bütöv aviasiya kompleksləridir. Bu baxımdan onlar müəyyən şərtlər, o cümlədən xüsusi təchiz olunmuş aerodromlar tələb edirlər. Tərəfdaşlar bizə avadanlıq ötürməyə hazırdırlar, lakin sual ondan ibarətdir ki, Ukraynada onların işlənməsi üçün hər şey hazırdırmı?”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti